Menu

Japarov Maskın "Amerikanın Səsi" və "Azadlıq Radiosu"nu bağlamaq çağırışını dəstəkləyib

10.02.2025, 22:14
Japarov Maskın "Amerikanın Səsi" və "Azadlıq Radiosu"nu bağlamaq çağırışını dəstəkləyib

Qırğızıstan Prezidenti Sadır Japarov amerikalı milyarder İlon Maskın ABŞ hökuməti tərəfindən maliyyələşdirilən “Amerikanın Səsi” və “Azadlıq” Radiosu"nun media layihələrini bağlamaq çağırışını dəstəkləyib.

"Report" xəbər verir ki, dövlət başçısı bunu yerli "Kabar" agentliyinə müsahibəsində deyib.

"Donald Tramp və İlon Mask - onların hər ikisi milyarderdir. Onlar yaxşı başa düşürlər ki, pullar göydən düşmür. Onlar amerikalıların pullarının mənasız xərclənməsini dayandırmaq istəyirlər", - qırğız lideri bildirib.

Siyasətçinin sözlərinə görə, bu gün istənilən məlumat beş dəqiqə ərzində dünyaya yayılır və insanlara “Azadlıq Radiosu"nun xəbərləri lazım deyil.

Şərhlər

Mubariz 2025-02-11 10:24:43

Belə « ağıllı » təklifi ancaq diktatura həvəskarları alqışlaya bilər .Bizlər isə Mirzə Xəzəri unuda bilmərik ,ən ağır günlərmizdə səsimizi dünyaya çatdırırdı

Köhne 2025-02-10 23:38:50

JAPAROVUN AMERIKANIN SESINE...AZADLIGA NE DEXLI........

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol