Menu

HƏMAS girovların azad edilməsini təxirə salıb - "İsrail müqavilənin şərtlərinə əməl etməlidir"

10.02.2025, 23:05
HƏMAS girovların azad edilməsini təxirə salıb - "İsrail müqavilənin şərtlərinə əməl etməlidir"

Fələstinin HƏMAS hərəkatı fevralın 15-nə planlaşdırılan daha bir girov qrupunun azad edilməsini təxirə salmaq qərarına gəlib.

"Report"un məlumatına görə, bu barədə HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu Ubeydə özünün teleqram kanalında bildirib.

"Son üç həftə ərzində razılaşma şərtlərinin dəfələrlə pozduğunu müşahidə etdik. Bu səbəbdən fevralın 15-də azad edilməli olan məhbusların azadlığa buraxılmasını təxirə salmaq qərarına gəldik. İsrail müqavilənin şərtlərinə əməl etməlidir", - o vurğulayıb.

HƏMAS hesab edir ki, İsrail anklavın cənubundan şimala köçkünlərin qayıtmasını gecikdirməklə, Qəzza sakinlərinə atəş açmaqla və bütün növ humanitar yardımların çatdırılmasını təmin edə bilməməklə razılaşmanın şərtlərini pozub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol