Menu

“Kiminsə qarnı ağrıyır..." - Rusiyaya işləməkdə ittiham olunanlar danışdı

11.02.2025, 08:57
“Kiminsə qarnı ağrıyır..." -  Rusiyaya işləməkdə ittiham olunanlar danışdı

Xəbər verdiyimiz kimi, Azərbaycanda rus casus şəbəkəsinin olması və bu şəbəkənin vaxtilə Moskvadan göndərilən şəxs tərəfindən idarə olunması ilə bağlı məlumat yayılıb. Sözügedən şəbəkəyə Ramiz Mehdiyevin, Eldar Mahmudovun, Əbülfəz Qarayevin, Azad Rəhimovun, Elmar Məmmədyarovun və digər şəxslərin daxil olduğu bildirilib.

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov "modern.az"-a açıqlamasında  bildirib ki, onu vurmaq istəyənlər var: Kiminsə qarnı ağrıyır. Sakit dayana bilmirlər. Görürlər Elmar Məmmədyarov jurnalistlərlə əlaqə saxlayır, televiziyada çıxış edir. Fikirləşirlər ki, necə vura bilərik. Məqsədlərini Allah bilir. Yazan adamın ağlı yoxdur”.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev isə "manset.az"  bunları bildirib: “Axmaq-axmaq söhbətlər yayırlar. Bunların hamısı yalandır. Bunun heç bir əsası yoxdur.” 

 Rusiyanın Azərbaycandakı şəbəkəsinin üzvü olduğu iddia edilən sabiq mədəniyyət naziri Əbülfəz Qarayev "musavat.com"-a deyib: "Belə mənasız xəbərlərə şərh verməyə ehtiyac duymuram. Bunların hamısı mənasız söhbətlərdir".

Şərhlər

nemat 2025-02-11 10:31:29

bu sebekenin basinda ramiz durur

Moshu 2025-02-11 04:17:54

Biri deyir: Kiminsə qarnı ağrıyır. Sakit dayana bilmirlər. Digəri deyir: Axmaq-axmaq söhbətlər yayırlar. Bunların hamısı yalandır. Üçüncüsü isə: Belə mənasız xəbərlərə şərh verməyə ehtiyac duymuram. Bunların hamısı mənasız söhbətlərdir deyir. Ay cənablar, axmaq-axmaq söhbətdirsə, kiminsə qarnı ağrıyırsa və ya Məsmə qarının xoruzunu oğurlayıblarsa, zəhmət çəkib verin məhkəməyə, təmiz adınızı sübut edin, əks halda Sizin də bu şəbəkə ilə əlaqəli olduğunuza inanmaq məcburiyyətində qalacağam. İkinci bir variant da mövcuddur: hüquq mühafizə orqanları rus evi ilə birbaşa və ya dolayısı əlaqəsi olan subyektlərin dairəsini müəyyən edib ölkə başçısına hesabat təqdim etsin. Son söz Kamran Əliyevindir.

Moshu 2025-02-11 00:55:13

Biri deyir: Kiminsə qarnı ağrıyır. Sakit dayana bilmirlər. Digər deyir: Axmaq-axmaq söhbətlər yayırlar. Bunların hamısı yalandır. Üçüncüsü isə: Belə mənasız xəbərlərə şərh verməyə ehtiyac duymuram. Bunların hamısı mənasız söhbətlərdir deyir. Ay cənablar, axmaq-axmaq söhbətdirsə, kiminsə qarnı ağrıyırsa və ya Məsmə qarının xoruzunu oğurlayıblarsa, zəhmət çəkib verin məhkəməyə, təmiz adınızı sübut edin, əks halda Sizin də bu şəbəkə ilə əlaqəli olduğunuza inanmaq məcburiyyətində qalacağam. İkinci bir variant da mövcuddur: hüquq mühafizə orqanları rus evi ilə birbaşa və ya dolayısı əlaqəsi olan subyektlərin dairəsini müəyyən edib ölkə başçısına hesabat təqdim etsin. Söz Kamran Əliyevindir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol