Ermənistan parlamenti “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Qanun layihəsini ötən gün Artak Zeynalyan müvafiq təşəbbüslə çıxış edən və 60 min imza toplayan bir sıra ictimai təşkilatların adından təqdim edib.
Layihə bu ilin yanvarında hökumət tərəfindən təsdiqlənib. Baş nazir Nikol Paşinyan daha əvvəl bildirmişdi ki, bu addım Ermənistanın avtomatik olaraq Aİ-yə daxil olması demək deyil, çünki belə bir qərar referenduma çıxarılmalıdır.


Şərhlər
Avropa İttifaqı hələ 2018ci ildə Hərbi Genosid Cinayətkarı Ermənistanı qəbul etmək istəyirdisə, hazırki hazırlıq_Referendumdan sonra *iki əllə qucmağa* hazır olar? Bəs, yeni daha sərfəli, Münasib-Modern yaşıl hidrogen lahyəsi ilə avropaya addımlayan Azərbaycanla münasibətlər necədir? Axı, SSRİnı yenicə buraxmış Kreml özü belə həmin zamanlar *Avropa Evi*, NATO üzvlüyünə cəhdlər edirdi??