Menu

MM 21 yaşına çatan vətəndaşların mülki odlu silah əldə etmək hüququnu ilk oxunuşda qəbul edib

14.02.2025, 13:45
MM 21 yaşına çatan vətəndaşların mülki odlu silah əldə etmək hüququnu ilk oxunuşda qəbul edib

Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ olacaq.

“Report” xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə və “Xidməti və mülki silah haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi 18-dir.

Qeyd edək ki, ölkədə xidməti və mülki silahı əldə etmək hüququ olan subyektlərin sırasına xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarının və hüquqi şəxslər, xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələr, idman və ovçuluq cəmiyyətləri və təhsil müəssisələri aiddir.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Şərhlər

ƏNHU 2025-02-14 16:47:58

Hörmətli Azpolitika, Azərbaycanda hüquqi dilin mövcud vəziyyəti barədə bir mütəxəssis yazısı dərc etsəniz çox şad olardıq.

ƏNHU 2025-02-14 16:40:18

Mən bu mətni dəfələrlə oxuyub bir şey anlaya bilmədim. Belə çıxır ki, mənt əvvəlcə cuhud dilindən urdu dilinə sonra da bir rus tərəfindən Azərbaycan türkcəsinə daha sonra bir eston tərəfindən redaktə olunaraq çap edilib. Belə türk dili olmur. Bunu bu şəkildə yazanın atasına lənət olsun. .... Sən bizim ölkəmizdə bu dildə danışa bilməzsən.
Hörmətli Azpoltika, heç olmasa mətni siz tərcümə edəydiniz.?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol