Menu

"İşçi Masası"nın üzvü Möhyəddin Orucova hökm oxunub

25.02.2025, 17:50
"İşçi Masası"nın üzvü Möhyəddin Orucova hökm oxunub

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Möhyəddin Orucov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, "İşçi Masa"sının üzvü Möhyəddin Orucov 2023-cü il dekabrın 13-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçib.

M.Orucov bundan əvvəl 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol