Rusiya Mərkəzi Bankı, Rublun 16 ilin ən sərt enişini etməsindən sonra gecə yarısı, əvvəlcədən planlaşdırılmamış bir toplantı keçirərək banklara verdiyi kreditlər üzrə faiz dərəcəsini 10.5%-dən 17%-ə yüksəldib. Beləliklə, Bank 2014-cü ildə altıncı dəfə faiz artırmışdır.
Rusiya Mərkəzi Bankının İnternet saytından verilən açıqlamada, məzənnədəki sərt enişi və inflyasiya riskini önləmək üçün faizin artırıldığı qeyd edilib.
Rusiya Mərkəzi Bankı bu il bazara 80 milyard dollarlıq müdaxilə edib. Buna baxmayaraq Rublun 49%-ə çatan enişinin qarşısı alına bilinməyib.
Rubl, təkcə dünən dollar qarşısında 9%-dən çox dəyər itirərək, tarixdə ilk dəfə 60 səviyyəsini aşaraq 64 rubla çıxmışdı.
Mərkəzi Bankın qərarından sonra 1 dollar 58,35 rubl səviyyəinə düşüb. /"Marja"


Şərhlər