Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də Vaşinqtona səfər edərək ABŞ lideri Donald Trampla görüşməyi planlaşdırır.
“AzPolitika” bildirir ki, “bu barədə “Reuters” agentliyi iki mənbəyə istinadən məlumat yayıb.
Fevralın 25-də mətbuatda Ukraynanın ABŞ ilə nadir torpaq minerallarının, neft və qazın işlənməsinə dair sazişin şərtlərini razılaşdırdığı barədə xəbər yayılıb. Agentliyin mənbələrinə görə, Zelenski və Tramp bu saziş layihəsini müzakirə edəcəklər. Ukrayna və ABŞ rəsmiləri sənədlə razılaşıb və imzalanmasını tövsiyə ediblər.
Mənbələrdən biri qeyd edib ki, səfərin təşəbbüskarı Ağ Evdir. “Reuters” bildirir ki, ABŞ administrasiyası şərh verməkdən imtina edib.
Başqa bir mənbə agentliyə bildirib ki, Zelenski Konqresdə amerikalı qanunvericilərlə görüşə bilər, lakin onun Vaşinqtona səfərinin qrafiki hələ müəyyən edilməyib.
“AzPolitika.info”


Şərhlər