Menu

Trampın Qəzza ilə bağlı “cənnət” vədi – VİDEO

26.02.2025, 15:28
Trampın Qəzza ilə bağlı “cənnət” vədi – VİDEO

ABŞ Prezidenti Donald Tramp Qəzzanın gələcəyi ilə bağlı yeni paylaşım edib.

Trampın "Truth Social" platformasında yayımladığı videoda Qəzzanın hazırkı vəziyyəti və gələcəkdə necə dəyişə biləcəyi əks olunub.

Videonun əvvəlində dağıntılar içində olan Qəzza görüntülənir və "Qəzza 2025: Bundan sonra nə olacaq" sualı verilir. Ardınca müasir binalar, inkişaf etmiş infrastruktur və firavan həyat tərzi təsvir edilir. Həmçinin, videoda Trampın Qəzzada yenidənqurma işlərinə rəhbərlik edəcəyi mesajı verilir.

Qeyd edək ki, sözügedən paylaşım Trampın Yaxın Şərq siyasəti ilə bağlı yeni müzakirələrə səbəb olub. Onun Qəzzanın gələcəyi ilə bağlı mövqeyi və təklifləri müxtəlif dairələrdə müzakirə edilir. Bəzi ekspertlər bu cür ideyaların reallıqdan uzaq olduğunu düşünür, digərləri isə bunun siyasi məqsədlər güdə biləcəyini bildirir.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol