Menu

Deputat Salyanda nazirliyin yerli qurumlarına baş çəkib – FOTOLAR

26.02.2025, 16:44
Deputat Salyanda nazirliyin yerli qurumlarına baş çəkib – FOTOLAR

“Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli qurumları olan Salyan rayon Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətinin Salyan rayon idarəsinin, Salyan Regional Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin fəaliyyəti ilə tanış oldum, mərkəz və idarələrin mütəxəssisləri ilə görüşərək fikir mübadiləsi apardıq”.

“AzPolitika” xəbər verir ki, bunu Mili Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri, Salyan rayonundan millət vəkili Sadiq Qurbanov bildirib.

Deputat qeyd edib ki, rəhbərlik və mütəxəssislər ona Salyan Regional Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzində aparılan torpaqların aqrokimyəvi analizlər, toxumların analizləri və laboratoriyalarda mövcud olan müasir avadanlıqlar ilə bağlı geniş şəkildə məlumat veribllər. “Eyni zamanda Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki Nəzarətin Təşkili sektorunun fəaliyyəti ilə də tanış oldum, kənd təsərrüfatı texnikalarının qeydiyyatı, texniki baxışı, sürücülük vəsiqələri ilə bağlı keçirilən imtahan otağı, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və başqa xidmətlər ilə bağlı geniş şəkildə məlumatlar əldə etdim”, - S.Qurbanov “Facebook” səhifəsində yazıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol