Menu

Rusiya 200-dən çox İran dronu ilə Ukraynaya hücum edib

26.02.2025, 16:52
Rusiya 200-dən çox İran dronu ilə Ukraynaya hücum edib

Rusiya İran istehsalı dronlarla yenidən Ukrayna şəhərlərinə kütləvi hücum edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Belə ki, son iki gün ərzində Rusiya Ukrayna şəhərlərinə 246 ədəd İran istehsalı olan “Shahed-136/131” və müxtəlif tipli raketlərlə hücum edib.

Məlumata görə, Ukrayna qüvvələri fevralın 24-də 113 ədəd “Shahed” dronunu vurub. Dünən isə 133 ədəd İran istehsalı dron və 6 ədəd isə X-101 raketini zərərsizləşdirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol