Menu

Ukrayna ən böyük metallurgiya zavodunu vurdu - Yanğın başlayıb + FOTO/VİDEO

28.10.2026, 10:57
Ukrayna ən böyük metallurgiya zavodunu vurdu - Yanğın başlayıb + FOTO/VİDEO

Ötən gecə Ukrayna qüvvələri Rusiyanın ən böyük metallurgiya müəssisələrindən birini vurub. 

“AzPolitika” xəbər verir ki, bu barədə sosial mediada məlumat və görüntülər yayımlanıb.

Gecə Lipetsk bölgəsində raket həyəcanı elan edilib. 

"Düşmən Lipetskin sənaye infrastrukturuna hücum etməyə çalışır. Kütləvi hücum dəf edilir", - deyə “Radar Lipetsk” kanalı bildirib. Bundan az sonra Novolipetsk Metallurgiya Kombinatında (NLMK) yanğın baş verdiyi barədə məlumat yayılıb.

Lipetsk vilayətinin qubernatoru İqor Artamonov hücum və onun nəticələri barədə şərh verməyib. NLMK Rusiyanın ən böyük metallurgiya zavodudur və dünyanın ən böyük 20 polad zavodundan biridir. Onun ildə 17 milyon ton polad istehsal etmək gücü var. Zavoda daha əvvəl bu ilin iyul ayında hücum edilmişdi.

Tula vilayətinin qubernatoru Dmitri Milyayev isə bu gün səhər tezdən hava hücumu barədə məlumat yayıb. O, bölgənin Ukrayna dronlarının kütləvi hücumuna məruz qaldığını bildirib. Milyayev qeyd edib ki, "Novomoskovskda dron qalıqlarının düşməsi nəticəsində çoxmənzilli binaya, fərdi evlərə və bitişik sənaye zonasındakı infrastruktura ziyan dəyib".

Müstəqil mənbələrə görə, Novomoskovskdakı hücumun hədəfi "EuroChem" qrupuna daxil olan və Rusiyada ən böyük azot gübrələri istehsalçılarından biri sayılan "Azot" kimya zavodu olub. Burada sursat istehsalı üçün istifadə edilən ammonyak, ammonium nitrat, karbamid və metanol istehsal olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol