Menu

Müxalifət Netanyahuya qarşı birləşir – “Bu şans bir daha olmayacaq!...”

28.10.2026, 11:59
Müxalifət Netanyahuya qarşı birləşir – “Bu şans bir daha olmayacaq!...”

İsraildə keçirilən parlament seçkilərindən sonra siyasi ab-hava həddindən artıq gərginləşib. Baş nazir Benyamin Netanyahunun əleyhdarları bu dəfə hakimiyyəti ələ keçirmək üçün əllərindən gələni edirlər. Onlar hesab edirlər ki, bu, onların son şansıdır.

Müxalifət təmsilçilərindən biri "Walla" nəşrinə açıqlamasında bildirib ki, seçkiqabağı bütün ulduzlar onlar üçün düzülüb:

"Oktyabrın 7-dən sonra yaranan vəziyyət, həmçinin sağçı partiyaların başının üstünü alan daxili problemlər sayəsində Sağ, Mərkəz və Sol qüvvələr birləşə bildi. Sağ blok isə səsləri parçalayaraq uduzdu".

Müxalifət səsçiləri toplamaq üçün hətta xaricdə yaşayan vətəndaşları belə xüsusi olaraq İsrailə gətiriblər. İndi əsas məqsəd nəyin bahasına olursa-olsun yeni hökumət qurmaqdır.

Müxalifət liderləri anlayırlar ki, koalisiya yaratmaq üçün bəzi seçki vədlərindən imtina etməli, hətta əvvəllər "heç vaxt bir araya gəlmərik" dedikləri adamlarla belə əməkdaşlıq etməli olacaqlar.

Mənbənin sözlərinə görə, artıq heç kimin eqo dava etməyə vaxtı yoxdur:

"Kim sözünü pozmalıdırsa, pozsun; kim qürurunu udmalıdırsa, udsun. İndi ya heç vaxt! Çünki əhali arasında demoqrafik dəyişikliklər gedir və gələn seçkilərdə belə əlverişli fürsət tapmaya bilərik.

İndi hər şey son səslərin nəticəsindən və hökuməti əvəz etməyə imkan verən parlament çoxluğunun qazanılmasından asılıdır. Lakin çərşənbə axşamı axşamı partiya liderlərinə verilən mesaj birmənalı idi: Rəqəmlər imkan verəcəyi təqdirdə, heç kim bu tarixi fürsəti əldən verən şəxs olmaq məsuliyyətini daşıya bilməz”.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol