"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin iki bəndi hələ də razılaşdırılmayıb".
APA Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Hökümət başçısı bildirib ki, ötən gün İrəvan saziş layihəsi ilə bağlı Bakıdan cavab alıb.
"Bu, artıq sülh müqaviləsinə 12-ci düzəlişdir. Sənəd Azərbaycanın bizim əvvəlki təkliflərimizə münasibətini əks etdirir. Hazırda cavab təşəbbüslərini formalaşdırmaq üçün onun təhlilini aparırıq" - Baş nazir qeyd edib.
Onun sözlərinə görə, tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib və Bakı hələ ki, İrəvanın kommunikasiyaların açılması təklifinə rəsmi cavab verməyib.
"Biz öz təkliflərimizi təqdim etmişik və Azərbaycandan müsbət cavab alacağımıza ümid edirik. Söhbət iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasından, o cümlədən Azərbaycanın qərb rayonlarından Ermənistanın suveren ərazisindən keçməklə Naxçıvana yüklərin tranzitindən gedir. Öz növbəsində, Ermənistan Yerasx-Mehri (Arazdəyən-Mehri-red.) marşrutu üzrə dəmir yolu əlaqəsi imkanı əldə edəcək", - Paşinyan əlavə edib.


Şərhlər
Paşinyanın bu sərsəm təklifi yenidən səsləndirməsi, bununla bağlı ikinci dəfə fikir paylaşımama nədən oldu.. Təbii ki, bu fikir Paşinyanın yox, ağalarının fikiridir. Paşinyan bir dəfə də bu təklifi özününkü kimi vermişdi, cavab almadı. Yəni bu anlamır ki, bunun verdiyi təklif sağ əllə sol qulağı qaşımaq kimi bir şeydi. Bunun təklif sandığı layihə, Azərbaycanın qərbindən, yəni Akstafadan Dilicana, oradan İravana, İrvandan Arazdəyənə, Arazdəyən Naxçıvan, Naxçıvandan da Mehryiyə və əksinə dəmir yol xəttinin açılmasıdır. . Yəni deyir ki, siz bir addımlıq (Zəngilan-Mehri-Naxçıvan) təklifinizi cırın atın mənim verdiyim bu uzun yol xəritəsinə müsbət cavab verin. Sonda da utanmadan həyasızcasına deyir ki, “Mən tez-tez təhlil edir və düşünürəm ki, Azərbaycan niyə bizim təklifimizə mənfi reaksiya verməlidir. Və obyektiv təhlil göstərir ki, imtina üçün heç bir əsas yoxdur”. Adama deyərlər, başına dəysin.