Menu

“İran xalqının 60%-i türk dilində danışır” - Təbrizli millət vəkili + VİDEO

27.02.2025, 15:23
“İran xalqının 60%-i türk dilində danışır” - Təbrizli millət vəkili + VİDEO

İran parlamentinin Təbrizdən seçilmiş millət vəkili və parlamentin Təhsil Komissiyasının sədri Əlirza Monadi dünən plenar iclasda ölkədə yaşayan etnik xalqların öz ana dilində tədris alması üçün təqdim olunan qanun layihəsinin qəbul edilməməsinə etiraz edib.

O, İranda əhalinin 60%-nin türk dilində danışdığını bildirib: “İran xalqının 60%-i türk dilində danışır. Bunu gözardı etmək olmaz. Bu dil ərəb və fransız dillərindən sonra dünyada ən çox danışılan dil sayılır. Türk dili olduqca qədimdir. Bunun üçün uşaqlara ana dili və ədəbiyyatını öyrətməliyik”.

Əlirza Monadi bildirib ki, bəzi millət vəkilləri sözügedən qanun layihəsinə qarşı çıxıblar. Onun sözlərinə görə, Novruz bayramından sonra bu məsələ yenidən müzakirəyə çıxarılacaq və bu dəfə müsbət səs əldə olunacaq.

"AzPolitika.info"


Şərhlər

Bəhrami 2025-02-27 16:00:44

Qalır rəsmən yazılı öyrənmək? Latına keçidlə tarixi ərəb əlifbasını itirmək, elə tarixi də silmək kimi olar? Quzey Azərbaycannın qədim kökü, son-üç əsrlik tarixi və sabahı naminə Ana türk dilini, ərəb əlif-beytini, rus dilini, ingilis dillərini, qonşu gürcü, yer-mənim, ata elekronika üçün hipon zəka dillərini öyrənməsi lazım gəlir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol