Kanadanın müxalif Yeni Demokratik Partiyasının (NDP) lideri Caqmıt Sinq ABŞ Prezidenti Donald Trampın G7 Zirvəsində iştirakının qarşısının alınması ilə bağlı çağırış edib.
"Demokratiyaya, suverenliyə və qlobal sabitliyə olan təhdidləri" əsas gətirən Sinq, Trampın G7 Zirvəsində iştirakının qadağan olunmasını tələb edib.
Sinq, "Demokratiyamıza və suverenliyimizə təhdid yaradan birini niyə dəvət edək ki?" ifadələrini işlədib.
Trampın addımları və siyasətinin beynəlxalq təşkilatlara ziyan vurduğunu bildirən Sinq, G7 Zirvəsinin "Trampın dünyaya olan təhdidlərinə qarşı müttəfiqlərlə birlikdə işləmək üçün bir fürsət" olduğunu qeyd edib.
Xatırladaq ki, Tramp ABŞ Prezidenti seçildikdən sonra Kanadaya qarşı ərazi iddiaları irəli sürüb. Tramp həmçinin, 14 fevralda verdiyi açıqlamada Rusiyanın Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-dən ibarət G7-yə yenidən qəbul edilməli olduğunu bildirmişdi.
"AzPolitika.info"


Şərhlər