Menu

“Kadırov Kremlin təlimatını yerinə yetirir...” – “Bələdçilərimizin mükafatdan imtina edəcəyinə əminəm”

28.02.2025, 11:18
“Kadırov Kremlin təlimatını yerinə yetirir...” – “Bələdçilərimizin mükafatdan imtina edəcəyinə əminəm”

Çeçenistanın Prezidenti Ramzan Kadırov qəzaya uğrayan AZAL təyyarəsinin sağ qalan bələdçilərini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatına təqdim edib.

Xatırladaq ki, Kadırov təyyarəmizin vurulduğu gün hava müdafiəsi qüvvələrinin rəhbərinə medal verib. O bu hərəkəti ilə faktiki sərnişin təyyarəmizin vurulmasına haqq qazandırmışdı. İndi isə vurulan təyyarəmizin bələdçilərini mükafatlandırmaq qərarına gəlib.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, o, Kremlin təlimatını yerinə yetirib: “Kreml Prezident İlham Əliyevin haqlı tələblələrini yerirə yetirmək istəmir, ancaq eyni zamanda vəziyyətdən çıxış yolu kimi Ramzan Kadırovu irəli verib. Kadırov təyyarə bələdçilərimizi mükafata layiq görməkdənsə, təyyarəmizin vurulmasına görə üzr istəməli, cinayətkarları cazalandırmalıdır. Onun bunu edəcəyi ehtimalı azdır, çünki bu cinayətdə əli var. Bələdçilərimizin əli qana batan Kadırovun “mükafatından” imtina edəcəyimə əminəm”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol