Menu

Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib

28.02.2025, 20:43
Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində yeni təyinat olub.

 Agentliyin sədri Elnur Bağırov özünə müşavir təyin edib.

Bu vəzifə İlqar Həsənova həvalə olunub.

O, 2022-ci ilin dekabr ayından İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb, bundan əvvəl isə Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşma İnstitutunda fəaliyyət göstərib.

E.Bağırov Prezident İlham Əliyevin 12 fevral 2025-ci il tarixli sərəncamı ilə Dövlət Agentliyinin sədri təyin edilib. 

Şərhlər

Cabbar 2025-03-02 10:02:04

Bəs bu lazımsız müşaviin maaşını haradan ödəyəcək?Məgər o öz vəzifəsini anlamır ki.hələ müşavir lazım gəlir?Xalqın pulunu belə mənasız vəzifələr düşünüb xərcləmək israfçılıq deyil?Bu hoqqabazlıqlara nə zaman son qoyulacaq?Nazir,Sədr,direktor sahəyə aid ixtisası,iş təcrübəsi və müəyyən müsbət fəaliyyəti olan bacarıqlı şəxsər təyin edilməlidir ki,belə artıq (müşavir,məsləhtçi və s.) məsrələrə yol verilməsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol