Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və vitse-prezident J.D.Venslə emosional mübahisədən sonra Ağ Evi erkən tərk edib.
Bu barədə “Reuters” Ağ Evin adı açıqlanmayan nümayəndəsinə istinadən xəbər verir.
Qeyd olunur ki, Zelenskinin maşını Ağ Evin yaxınlığında dayanıb.
“Oval kabinetə qonaqların daxil olduğu qapılar açıqdır, Zelenskinin üzərində Ukrayna bayraqları olan avtomobili küçədə dayanıb”, – agentlik yazır.
Az sonra Zelenski əsəbi şəkildə Ağ Evi tərk edib.



Şərhlər