Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna xalqının maraqlarını müdafiə edir.
Bu barədə Prezident Aparatının rəhbəri Andrey Yermak “Telegram”-da məlumat verib.
OP rəhbəri qeyd edib ki, təhlükəsizlik sadəcə söz deyil, həyatdır. "Bu, sirensiz, itkisiz, sevdiklərimiz üçün qorxmayan bir gələcəkdir", Yermak yazıb.
O vurğulayıb ki, real zəmanətlər olmadan müharibə yenidən qayıdacaq. "O, həmişə yeni zərbə üçün şans olan yerə qayıdır".
"Prezident ölkəmiz üçün, ədalətli və davamlı sülhü müdafiə edən hər kəs üçün mübarizə aparır. Mən qəhrəman xalqımızın mənafeyini müdafiə edən Prezidenti dəstəkləyirəm. Hər vəziyyətdə", - OP rəhbəri qeyd edib.
O əlavə edib ki, Ukraynada onun yanında olanlara minnətdardırlar. "Ukraynanın xəritədə sadəcə bir nöqtə olmadığını başa düşənlərə... ", - Yermak vurğulayıb.
O, həmçinin əlavə edib ki, Ukrayna dəstəyinə görə bütün Amerika xalqına çox minnətdardır. Ermak əlavə edib: "Bu, müharibənin sadəcə bir xatirəyə çevriləcəyi günü yaxınlaşdırır."
“AzPolitika”


Şərhlər
9 May 2025 tarixində Faşizm üzərində qələbəni qeyd edəcək Kremlin Xarici Siyasəti-müharibəsi qeyri-müəyyəndir? Tarix toxunulmaz keçmişdir və gələcəyi onun (ibrət) dərsləri üzərində qurmaq daha səmərəli olmalıdır! Ukrayna taraz dünyanın 2ci dünya müharibəsində ən çox insan qanı ilə yoğrulmuş müqəddəs-toxunulmaz torpaq-ölkədir!