Terrorçubaşı Abdullah Öcalanın PKK-nın silahı yerə qoyması və təşkilatın ləğvi çağırışından sonra PKK terror təşkilatının "İcraiyyə Komitəsi" açıqlama verib. 

"AzPolitika" xəbər verir ki, terror təşkilatı PKK yeni qərarını açıqlayaaraq bildirib: "Çağırışın məzmunu ilə olduğu kimi razıyıq və öz cəbhəmizdən gələn çağırışın tələblərinə əməl edib həyata keçirəcəyimizi bildiririk. Bu gündən etibarən qüvvəyə minən atəşkəs elan edirik" .

Terror təşkilatı PKK açıqlamasında təşkilatın ləğvi üçün qurultay çağırmağa hazır olduqlarını da bildirib.

Qeyd edək ki, fevralın 27-də PKK terror təşkilatının həbsdəki "rəhbəri"  Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “silahı yerə qoyun və PKK-nı buraxın” çağırışı yer alıb.

"AzPolitika"