Menu

Ermənistan-Türkiyə sərhədində yeni gəlişmə - Rusiya qoşunları bölgəni tərk edir

01.03.2025, 11:21
Ermənistan-Türkiyə sərhədində yeni gəlişmə -  Rusiya qoşunları bölgəni tərk edir

Bu gündən etibarən Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən "Maraqara" keçid məntəqəsinə Ermənistan sərhədçiləri nəzarət edəcək.

"AzPolitika" xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan özünün "Facebook" hesabından paylaşım edib.

Paşinyan indyədək bu məntəqələrdə xidmət edən Rusiya hərbçilərinə təşəkkür edib.

2022-ci ilin yayında Ermənistan Respublikası hökumətinin qərarı ilə keçid məntəqəsi təmir olunub və orada Rusiya Federasiyası Sərhəd Qoşunlarının bölmələrinin daimi xidməti başlayıb.

"Marqara" sərhəd-keçid məntəqəsinin Ermənistan Respublikası Sərhəd Qoşunlarının tabeliyinə verilməsi o deməkdir ki, 2025-ci il martın 1-dən Ermənistana daxil olan və ölkədən çıxan bütün şəxslərə sərhəd nəzarəti müstəsna olaraq Ermənistan Sərhəd Qoşunları tərəfindən həyata keçiriləcək", – Paşinyan qeyd edib.

Qeyd edək ki, Türkiyə KİV-lərinin yazdığına görə, artıq Rusiya hərbçiləri sözügedən bölgəni tərk etməyə başlayıblar. Xatırladaq ki, sözügedən sərhəd məntəqəsi 1993-cü ilə qədər fəaliyyət göstərmişdir. Həmin il Türkiyə, Ermənistanın Azərbaycana qarşı təcavüzü səbəbindən sərhədləri bağlamışdı.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol