Menu

“Sakitləşməyin vaxtıdır” - “Hələ sülhə gedən yol var”

01.03.2025, 11:48
“Sakitləşməyin vaxtıdır” - “Hələ sülhə gedən yol var”

Ağ evdə Donald Tramp və Volodimir Zelenski arasında baş verən gərginliyə Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson da münasibət bildirib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Conson tərəfləri sakitləşməyə çağırıb. O qeyd edib ki, “sakitləşməyin və ABŞ ilə Ukraynanın eyni tərəfdə olduğunu xatırlamağın vaxtıdır”.

Conson özünün X səhifəsində yazıb: “Volodimir Zelenski üç il ərzində öz xalqını Rusiyanın tamamilə əsassız təcavüzünə qarşı qəhrəmancasına saxladı. Ukraynalıların cəsarəti heyranedicidir. Onların əzabları dəhşətlidir. Onlar bizim dəstəyimizə və hörmətimizə layiqdirlər. İndi ən yaxşı yol faydalı qazıntılar haqqında müqaviləni mümkün qədər tez imzalamaqdır. Hələ sülhə gedən yol var”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol