Hazırda dünya mediasının əsas diqqəti ötən gün Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna lideri Volodimir Zelenski arasında yaşanan gərginliyə yönəlib. Dünyanın aparıcı media orqanları diplomatik böhranın pərdəarxasında yaşanan hadisələri müzakirə etməkdə davam edirlər.
"AzPolitika" bir sıra xarici KİV-lərin baş verənlərlə reaksiyasını oxuculara təqdim edir:
"CBS"-nin yazdığına görə, Zelenskinin ABŞ-də qarşılaşdığı bu münasibətdən sonra ABŞ-nin Ukrayna siyasətində kəskin dəyişikliyə gedib-getməyəcəyi ilə bağlı müzakirələr başlayıb. Nəşr rəsmilərə istinadən xəbər verir ki, Tramp administrasiyası Ukraynada rejim dəyişikliyinə can atmır, lakin Ağ Evdə kimin daha uyğun lider olacağı ilə bağlı müzakirələr aparılıb.
“USA Today” isə Zelenskinin kostyum geyinmədiyinə diqqət çəkrək yazıb: “Kostyum yox, yemək yox, hörmət yox”.
"The Economist" görüşün Ukrayna-ABŞ münasibətlərində dərin çatlara səbəb olduğunu bildirərək, “Zelenski Ağ Evə gələndə münasibətlər kövrək idi, o gedəndə isə tamamilə məhv oldu”, - deyə yazıb.
"Wall Street Journal" isə yazıb ki, "Ukrayna lideri daha hörmətli olmalı, ABŞ-yə təşəkkür etməli və Trampla gərginliyi artırmaqdansa, məsələni onun öhdəliyinə buraxmalı idi".
"The Spectator" yazıb ki, Zelenski Trampın bəyanatlarına birbaşa cavab verərək, ölkəsinin maraqlarını öz qürurundan üstün tutub.

Avropa rəsmiləri "Bloomberg"-ə bildiriblər ki, Ağ Evdə baş verənlər Zelenskiyə qarşı qurulmuş "pusqu" idi.
Digər tərəfdən, "Washington Post" qəzeti sərt yazı ilə çıxış edərək "Tramp Ukraynanı Moskvanın xeyrinə “satmaq” qərarına gəlib" manşetini atıb.
"Washington Pos"t-un təhlilinə görə, Zelenskinin əsas məqsədi ABŞ ilə yeni təhlükəsizlik sazişi bağlamaq və ölkəsinin təbii sərvətləri ilə bağlı əməkdaşlıq təklif etmək olub. Bununla belə, görüş Trampın sərt sözləri və Ukraynaya yardımı tamamilə kəsməklə hədələməsi ilə yekunlaşıb.
"Zelenski bunu gözləmirdi, onu pusquya düşürdülər", -deyə avropalı rəsmi nəşrə bildirib.
Həmçinin yüksək səviyyəli avropalı diplomatlar vəziyyətin transatlantik əlaqələr üçün böyük qırılma ola biləcəyini deyiblər.
Qəzetin yazdığına görə, Tramp bu görüşdən sonra Floridadakı iqamətgahına gedərək həftə sonunu Ağ Evdən uzaqda keçirməyə qərar verib.
"AzPolitika.info"


Şərhlər
Hörmətli Azpoliyika yazı yarımçıq qaldığından fikir tam aydın deyil, yəi yarımçıqdır. Məsləhət bilərsinizsə, onu bir daha təkrarlayardınız.
Yaşlı nəslin nümayəndələri hələ Sovetlər dönəmində SSRİ ilə müqayisədə biz ABŞ-a demokratiyanın beşiyi, nümunəvi dövlət kimi baxırdıq. Növbəti seçkidə qalıb gəlməmiş sabiq Prezidentə müraciət edərkən ona yenə “cənab Prezident” kimi müraciət edirlər və hətta onun vaxtı ilə buraxdığı səgvi müzakirə etmirlər. Hazırki Prezident isə onu gah ağıldan kəm, gah sarsaq qismində təqdim edir. Bir şeyi unudur ki, onun özünü də, sələfini amerika vətəndaşları seçiblər, daha doğrusu Rotşildlər, 300 Komitəsi. Trampın (Krasnovun) Zelenskiyə qarşı sayqıladığı “qonaqpərvərlik” heç bir ölçüyə gəlmir. İdman yarışlarında erməni idmançılarını Azərbaycana dəvət edəndə çalışırıq ki, heç bir ermənini burnu da qanamasın, baxmayaraq ki, bizim idmançılar Ermənistana gedəndə bu şərəfsizlər bizim bayrağımıza həqarət edirlər. Müqayisədə ermənilərlə Tramp arasında bir oxşarlıq (oğraşlıq kimi oxumayın) gördüm. Ən azından etik davranış qaydaları var. Bir o qalmışdır ki, Tramp öz vitse-prezidenti ilə birləşib Zelenskini inək balasını xıncıdığı kimi təpiklərinin altına salsınlar, sonra da Böyük Britaniyaya yola salardılar. Tramp böyük, güclü amerika deyəndə yəqin ki, bunları nəzərdə tuturdu. Fikrimcə, dövlət başçıları gələcəkdə ABŞ-a səfərlərdən imtina etməli olacaqlar. Bundan əlavə, uğurlu iş adamından heç vaxt yaxşı dövlət adamı, dövlət başçısı olmaz, onun qarşısında yalnız bir məqsəd var: vəsaitini artırsın, belə rəhbəri xalq heç bir vaxt düşündürə bilməz. Hazırda hətta az sayda da olsa respublikaçı senatorlar (demokrat senatorların hamısı) Trampın bu “tərbiyəsini” qınayırlar.
Yaşlı nəslin nümayəndələri hələ Sovetlər dönəmində SSRİ ilə müqayisədə biz ABŞ-a demokratiyanın beşiyi, nümunəvi dövlət kimi baxırdıq. Növbəti seçkidə qalıb gəlməmiş sabiq Prezidentə müraciət edərkən ona yenə “cənab Prezident” kimi müraciət edirlər və hətta onun vaxtı ilə buraxdığı səgvi müzakirə etmirlər. Hazırki Prezident isə onu gah ağıldan kəm, gah sarsaq qismində təqdim edir. Bir şeyi unudur ki, onun özünü də, sələfini amerika vətəndaşları seçiblər, daha doğrusu Rotşildlər, 300 Komitəsi. Trampın (Krasnovun) Zelenskiyə qarşı sayqıladığı “qonaqpərvərlik” heç bir ölçüyə gəlmir. İdman yarışlarında erməni idmançılarını Azərbaycana dəvət edəndə çalışırıq ki, heç bir ermənini burnu da qanamasın, baxmayaraq ki, bizim idmançılar Ermənistana gedəndə bu şərəfsizlər bizim bayrağımıza həqarət edirlər. Müqayisədə ermənilərlə Tramp arasında bir oxşarlıq (oğraşlıq kimi oxumayın) gördüm. Ən azından etik davranış qaydaları var. Bir o qalmışdır ki, Tramp öz vitse-prezidenti ilə birləşib Zelenskini inək balasını xıncıdığı kimi təpiklərinin altına salsınlar, sonra da Böyük Britaniyaya yola salardılar. Tramp böyük, güclü amerika deyəndə yəqin ki, bunları nəzərdə tuturdu. Fikrimcə, dövlət başçıları gələcəkdə ABŞ-a səfərlərdən imtina etməli olacaqlar. Bundan əlavə, uğurlu iş adamından heç vaxt yaxşı dövlət adamı, dövlət başçısı olmaz, onun qarşısında yalnız bir məqsəd var: vəsaitini artırsın, belə rəhbəri xalq heç bir vaxt düşündürə bilməz. Hazırda hətta az sayda da olsa respublikaçı senatorlar (demokrat senatorların hamısı)
Çin və Avropa Trampa dərs verə bilər
Millətıər dövlət başçısı qonusunda seçimlerini düzgün aparmayanda, bedeli ağır olur. Dün Amerikada Zelenskinin Trampla qarşılaşmasında sərgilədiyi davranışlar və özünü ərköyün bir uşaq kimi aparması, olmayan kartlarını da yandırdı. Zelenski sanır ki, son üç ildə o Putinlə tək başına döyüşüb. Onun bu fikiri, təkçə ABŞ-a qarşı yox, eyni zamanda 59 Qərb ölkəsinə qarşı haqsızlıq kimi dəyərlənidirilir. İndi o ABŞ-da Trampla dalaşıb dərhal Böyük Birtaniyaya üçdu. Maraqlıdır, indi o orada Qərb ölkələrinin üzünə necə baxacaq. Kim qurtaracaq onu. Ona görə də elə bilirəm, artıq son sözü Ukrayna xalqı deməlidir. Yoxsa, Zelenskinin bu stresli və düşünülməmiş siyasəti (zatən onun elə də bir siyasəti yox idi) ukraynalıları daha böyük fəlakətlərlə üz-üzə qoyacaqddır.
Zelenskinin bəlli ritorikası ilə bağlı ABŞ vitse-prezidentinin xəbərdarlığı olmuşdu. Və ABŞ liderləri bu ritorikası təkrlanacağını yəqin etmiş və buna hazır imişlər. Zelenskini aşağılamaq üçün bu fürsətdən istifadə etmənin daha uyğun olduğunu düşündülər. Trampın Rus agenti olması iddiası özünü doğruldur... Tramp daha çox alverçidir(biznesmen) . Məsəl var taicarətçidən kişi olmaz. Tramp namərdlik etdi..