Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasında yaşanan gərginlikdən sonra Vaşinqtonun Kiyevlə bağlı hansı mövqe sərgiləyəcəyi maraqla gözlənilərkən, Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 400 milyon dollarlıq maliyyə paketi yaradır.
Belə ki, BVF Ukrayna hökumətinə 15,5 milyard dollarlıq dörd illik maliyyələşdirmə proqramının yeddinci mərhələləsində 400 milyon ABŞ dolları məbləğində vəsaitin verilməsinə dair razılıq əldə olunduğunu bildirib.
Qərar BVF-nin İcraiyyə Şurası tərəfindən təsdiq edildikdən sonra sözügedən məbləğin Ukraynaya təqdim olunacağı açıqlanıb. Son ödənişlə birlikdə proqram çərçivəsində Ukraynaya ümumi ödənişlərin məbləği 10,1 milyard dollara çatacaq.
"AzPolitika.info"


Şərhlər