Menu

Rubio Rusiyanın Ukraynaya dair mümkün güzəştləri ilə bağlı şərh verməkdən imtina edib

03.03.2025, 08:52
Rubio Rusiyanın Ukraynaya dair mümkün güzəştləri ilə bağlı şərh verməkdən imtina edib

ABŞ dövlət katibi Marko Rubio “ABC News” telekanalına müsahibəsində Ukrayna münaqişəsinin sülh yolu ilə həlli çərçivəsində Rusiyaya mümkün güzəştlərdən danışmayıb.

APA xəbər verir ki, ABŞ rəsmisi bu mövzuyla bağlı suallardan yayınmağa çalışıb.

Rubio bildirib ki, bu sual media üçün deyil.

“Bu, danışıq prosesinə aiddir. Problem bundadır”, - Rubio vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol