2025-2029-cu illərdə Azərbaycanın dövlət büdcəsi profisitli olacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının (DB) proqnozunda bildirilib.
Bankın analitikləri dövlət büdcəsinin profisitinin ÜDM-də çəkisini bu il üzrə 2.0%, 2026-cı il üzrə 0.6%, 2027-ci il üzrə 0.5%, 2028-2029-cu illərdə isə 0.4% olacağını gözləyir.
Bank hesab edir ki, 2025-2029-cu illərdə Azərbaycanın büdcə gəlirləri ÜDM-in 32-34,5%-i, büdcə xərcləri isə 22,8-23,3%-i həcmində olacaq. Başqa sözlə, büdcə gəlirlərinin azalması fonunda büdcə xərclərinin sabit qalması ilə bağlı proqnoz profisitlə bağlı gözləntilərə də təsir edib.


Şərhlər
Təbii ki, özünün idarə etdiyi iqtisadiyyat və maliyyəsini dövlətimiz daha dəqiq bilir, dünya banginin də proqnozu çin olur. AzSSR də bütün istehsal məhsulları və iqtisadiyyatın qazancı, zərər sahələri də qeyd olunurdu? Nəinki, köpən profisit, əksinə sahələr üzrə təminat, daha çox plan kəsirləri *qabarırdı*?