Menu

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şəxsə cəza istənilib

03.03.2025, 16:34
Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şəxsə cəza istənilib

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Çingiz Mehdiyevin üç il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Prokuror çıxşında təqsirləndirilənin məhkəmə zalında həbs edilməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 13-ə təyin olunub.

Qeyd edək ki, Çingiz Mehdiyev Formula-1 oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Şərhlər

Mübariz 2025-03-03 18:45:19

Elə Formila-1 büdcə pulunu yemək.dağıtmaq üçün bir vasitə kimi ortaya atılıb.Formula_1 Azərbaycan xalğının maraq gmübarizöstərmədiyi.əksinə aylarla narahat edici.hətta bəzu dövlət idarələrinin işini pozan bir lazımsız və yersiz oyunbazlıqdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol