Tanınmış vəkil Adəm Məmmədov həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsi bu dəqiqələrdə onun barəsində hökm çıxarıb.
Hakim Gültəkin Əsədovanın hökmünə əsəsən, Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib.
Eyni zamanda, Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədov da həmin maddələrlə təqsirli bilinərək barəsində 6 ay müddətə islah işləri cəzası verilib.
Xüsusi ittihamçı, tanınmış vəkil Ceyhun Yusifovun vəkili Asim Abbasov faktı saytımıza təsdiq edib.
A. Abbasov bildirib ki, Adəm Məmmədov və qardaşı hüquqlarını müdafiə etdiyi Ceyhun Yusifovu ağır cinayətdə ittiham edərək ona böhtan atmışdı. Söhbət A. Məmmədovun qardaşı ilə birgə rəhbərlik etdiyi saytda dərc olunan yanlış xəbərlərdən gedir.


Şərhlər
Bunun kimi saxtakarların yeri həbsdir hər zaman!!!
"Su səhəngi suda sınar" deyiblər.
Bu adam şər və böhtanları ilə vicdanlı insanların da taleyi ilə oynayıb. 2020-ci ildə onun uydurduğu böhtanlarla bir vicdanlı insanı jurnalistlər rəzil etdilər...ALLAH BÖYÜKDÜR.
Hər hansı şəxs hakimin hökmünə əsasən həbs edilmir, o, hakimin qanuna uyğun çıxardığı hökmə əsasən həbs edilir. Hüquqşünaslar bilir, hakimin hökmünə əsasən və hakimin çıxardığı hökmə (qərara) əsasən, bunlar fərqli anlayışlardır