Yaşayış binasının beşinci mərtəbəsindən yerə yıxılan yeniyetmə sağ qalıb.
APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə Yevlax şəhərində qeydə alınıb.
İntihara cəhd etdiyi ehtimal olunan 14 yaşlı Fərid İsmayilov Yevlax rayon mərkəzi xəstəxanasına çatdırılıb.
TƏBİB-dən bildirilib ki, 4 mart saat 16:50 radələrində 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd edilib ki, beyin silkələnməsi diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Fakt Yevlax rayon prokurorluğunda araşdırılır.


Şərhlər