Menu

Azərbaycan ABŞ-yə yumurta ixracına başlayır

06.03.2025, 11:30
Azərbaycan ABŞ-yə yumurta ixracına başlayır

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası  ölkəmizdən Amerika Birləşmiş Ştatlarına süfrə yumurtası ixracının başlandığına dair məlumat yayıb.

Məlum olduğu ki, ötən ildən ABŞ-də quş qripinin yayılması ilə əlaqədar yumurta qıtlığı və qiymətlərin bahalaşması müşahidə olunmaqdadır. ABŞ hökuməti bu prosesin qarşısını almaq üçün xarici ölkələrdən yumurta idxalına icazə verib.

Azərbaycanın ən böyük quşçuluq təsərrüfatlarından biri olan Giləzi Quşçuluq ABŞ standartlarına uyğun sertifikatlaşdırmadan uğurla keçərək bu ölkəyə süfrə yumurtası ixracı icazəsi əldə edib. Bu aydan etibarən şirkət ABŞ-yə müntəzəm yumurta ixracına başlayır. "Bildiririk ki, ABŞ-a ixracın başlanması Azərbaycan daxilində yumurta təchizatı və qiymətlərə hər hansı təsir etməyəcək. Belə ki, hazırda Azərbaycanda süfrə yumurtasına olan gündəlik tələbat 4 milyona yaxındır. Faktiki istehsal isə 6 milyon civarındadır. Bu istehsalın az bir qismi xaricə ixrac olunsa da, daxili tələbatı artıqlaması ilə ödəyəcək sayda ölkədə qalır. Hazırda anbarlarda 100 milyon ədədə qədər yumurta var", assosiasiyanın İctimaiyyətlə əlaqələr və analitika departamentinin məlumatında bildirilir.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol