Menu

Rusiya Ukrayna şəhərlərinə kütləvi raket zərbələri endirib – Enerji infrastrukturu dağılıb, xəsarət alanlar var

07.03.2025, 11:26
Rusiya Ukrayna şəhərlərinə kütləvi raket zərbələri endirib – Enerji infrastrukturu dağılıb, xəsarət alanlar var

Rusiya qoşunları ötən gecə Ukraynanın enerji və qaz infrastrukturuna raket və pilotsuz təyyarələrlə kütləvi zərbələr endirib.

“AzPolitika” xəbər verir ki, bu haqda energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, mümkün olan yerlərdə xilasedicilər və energetiklər nəticələrin aradan qaldırılması üçün çalışırlar.

“Enerji və qaz təchizatının stabilləşdirilməsi üçün bütün lazımi tədbirlər görülür", - Qaluşenko yazıb.

Xarkovda da mülki infrastruktur obyekti hücuma məruz qalıb. Şəhərin meri İqor Terekovun sözlərinə görə, partlayışlar və yanğınlar baş verib. Yaxınlıqdakı yaşayış binasına da ziyan dəyib, bütün sakinlər təxliyə olunur. Son məlumata görə, beş nəfər xəsarət alıb.

Poltava vilayətində raket qalıqları şəxsi yaşayış binasının üzərinə düşüb, biri uşaq olmaqla iki nəfər xəsarət alıb. Regional administrasiyadan verilən məlumata görə, iki fərdi yaşayış binası və qaz xətti zədələnib.

Ternopol bölgəsində kritik sənaye obyekti atəşə tutulub. Regional administrasiya qaz təchizatında mümkün məhdudiyyətlər barədə xəbərdarlıq edib. Çerniqov vilayətində isə hücum nəticəsində istehsalat obyektlərindən birinə ziyan dəyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol