Menu

Nazir Alıyevi sədr müavini təyin etdi - FOTO

07.03.2025, 20:44
Nazir Alıyevi sədr müavini təyin etdi - FOTO

"Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə sədr müavini təyin olunub.

"AzPolitika"-nın  "qaynarinfo"- ya istinadən verdiyi məlumata görə, sözügedən vəzifəyə Alıyev Nurşən Elxan oğlu təyin edilib.

Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov əmr imzalayıb.

Əldə etdiyimiz məlumata görə, Nurşən Alıyev Məcnun Məmmədovun yaxın dostu, hazırda "Aqroservis" ASC-nin sədri vəzifəsində çalışan Mehman Veysəlovla əvvəllər birgə çalışıb.

Qeyd edək ki, bu ilin yanvar ayında "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr müavini İlyas İnqilab oğlu Həsənov vəzifəsindən azad edilib.

Xatırladaq ki, Nurşən Alıyev uzun müddət "Təmiz Qaz" Qapalı Səhimdar Cəmiyyətinin direktoru vəzifəsində çalışıb və "AAN Group" şirkətinin də rəhbəridir.



Şərhlər

Möhsün 2025-03-07 14:33:51

Möhtərəm Prezident bu dostları,tanışları,qohumları bir nazirliyə,idarələrə toplayan nazirlərdən nə gözləyir?Axı bu hallar ölkəni inkişafdan geri salmaqla bətabər.rüşvətə,büdcə oğurluğuna,korrupsiyaya və digər çirkli oyunlara yol açan əsaslardan öncəsidir.Belə halların adı nədir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol