Menu

“Tramp Ukraynanın tərəfdaşı olaraq qalır” – “Zelenski Ağ Evdə baş verənlərə görə üzr istəməyəcək”

07.03.2025, 15:45
“Tramp Ukraynanın tərəfdaşı olaraq qalır” – “Zelenski Ağ Evdə baş verənlərə görə üzr istəməyəcək”

“ABŞ prezidenti Donald Trampla mübahisə zamanı Volodimir Zelenski heç bir səhvə yol verməyib və Ukrayna bu münaqişəyə görə ABŞ-dan üzr istəməməlidir”.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak “Le Point” nəşrinə müsahibəsində bildirib. 

"O, həm formada, həm də məzmunda tamamilə haqlı idi, əsas ideyanı amerikalı tərəfdaşlarımıza çatdırmağa çalışırdı: Rusiyaya təzyiq etmədən, heç nə alınmayacaq. Moskvanın könüllü güzəştlərinə ümid bəsləməklə müsbət nəticə əldə etmək mümkün deyil. Rusiyanı məcbur etmədən sülh danışıqları mümkün deyil... Ona görə də baş verməmiş səhvə görə üzr istəməyəcəyik", - Poldayak qeyd edib.

Eyni zamanda, o vurğulayıb ki, Ukraynanın bir düşməni var - Vladimir Putin və Rusiya Federasiyası. Onun sözlərinə görə, son günlərdə qızğın müzakirələrə baxmayaraq Donald Tramp Ukraynanın tərəfdaşı olaraq qalır. Podolyak qeyd edib ki, Ukrayna ABŞ-la konstruktiv münasibətləri davam etdirməli və fikir ayrılıqlarını ikitərəfli münasibətlər çərçivəsində həll etməlidir.

O, həmçinin görüşün müəyyən mənada faydalı olduğunu bildirib: "Fikir ayrılıqlarımızı vurğulamaqla, öz mövqelərimizi aydınlaşdıra bilərik. Bunun əksinə olaraq, Birləşmiş Ştatlar Rusiyanın danışıqlar apara biləcəyimiz ölkə olduğuna inanmaqda davam edir. Fikir ayrılıqlarımızı ortaya qoyaraq, ümid edirəm ki, o zaman biz bir sıra məsələlərdə konsensusa gələ bilərik: Rusiya ilə danışıqlar apara bilmərik; o, sülh istəmir; o, mülki insanları bombalamağa davam edir, qloballaşmış dünyanı istəmir".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol