Menu

Bakı Dəmiryol Vağzalında izdiham - İnsanlar stansiyada qalıb + VİDEO (Yenilənib)

07.03.2025, 20:36
Bakı Dəmiryol Vağzalında izdiham - İnsanlar stansiyada qalıb + VİDEO (Yenilənib)

Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlar gecikir.

Bakı-Sumqayıt istiqamətində hərəkət edən 18:25, 18:35, 18:50 sürət qatarlarının heç biri gəlməyib, insanlar stansiyada qalıb.

ADY-nin mətbuat xidmətindən bildirilib ki, səbəb Bakı-Sumqayıt-Pirşağı qatarında yaranan texniki nasazlıqdır. 

“Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranıb. Bir qatar dayananda pik saatlarında digər qatarların da hərəkətinə təsir edir", - məlumatda qeyd edilib.

***

ADY-nin mətbuat xidmətindən bildirilib ki, qatarların normal fəaliyyəti artıq bərpa olunub.





Şərhlər

Namiq 2025-03-07 19:55:29

Bəyənmədiyiniz Sovet vaxtı qatarların hərəkət qrafiki ilə insanlar oyanar.işə gedərdilər.Hərəkət qrafikində pozulma halları olmazdı.Ciddilik tapşırılan işə məsuliyyət var idi..Bəs indi bu məsuliyyətsizlik niyə baş verir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol