ABŞ Avropada baş tutacaq gələcək hərbi təlimlərin planlaşdırılmasında iştirakını dayandırmaq niyyətində olduğu barədə NATO üzrə müttəfiqlərini məlumatlandırıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İsveçin “Expressen” nəşri məlumat yayıb.
Bu, hələ ki bu il üçün artıq planlaşdırılan və ABŞ-nin əsas rol oynayacağı NATO təlimlərinə şamil edilmir.
“Expressen”in mənbələrindən birinin sözlərinə görə, söhbət hazırda daha gec reallaşdırma mərhələsində olan NATO təlimlərindən gedir.
Nəşrin qeyd etdiyinə görə, ABŞ tərəfi Avropada hərbi xərcləri azaltmaq və Hind-Sakit okean regionunu prioritet etmək istəyir.


Şərhlər
SSçi evreytor hay-Hitler *nasizm*i əziləndən ABŞ zaman keçdikcə ABŞ dünyəvi əlahiddə Texniki-İqtisadi Gücə çevrilib! Avropa, Asiya, Uzaq Şərq və hətta səhra Ərəb dövlətləri də daha Güclü İqtisadi birliklər yarada bilərdilər? Çox təəssüf ki, yüksək rifahlı cəmiyyətlər və Birliklər yaratmaqdan illərlə oturub, növbəti ABŞ Prezidentindən elə Beynəlxalq Hüquq Pozuntu Cinayətlərinə Nizam gözləyirlər?