Menu

Avropa İttifaqı ABŞ - Ukrayna razılaşmasını alqışladı – Ursula fon der Leyen bəyanat yaydı

12.03.2025, 00:00
Avropa İttifaqı ABŞ - Ukrayna razılaşmasını alqışladı – Ursula fon der Leyen bəyanat yaydı

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen X sosial şəbəkəsində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqların nəticələrinə münasibət bildirib.

"Biz Ciddədən ABŞ - Ukrayna danışıqları, o cümlədən atəşkəs təklifi, kəşfiyyat məlumatlarının mübadiləsinin bərpası və ABŞ-nin təhlükəsizlik yardımı ilə bağlı xəbərləri alqışlayırıq. Bu, Ukrayna üçün hərtərəfli, ədalətli və davamlı sülhə doğru bir addım ola biləcək müsbət hadisədir. İndi növbə Rusiyanındır. Aİ sülh danışıqlarında tərəfdaşı ilə birlikdə oynamağa hazırdır", - deyə Leyen yazıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol