Menu

İsveç Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb – 300 milyon dollar dəyərindədir

14.03.2025, 15:52
İsveç Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb – 300 milyon dollar dəyərindədir

İsveç Ukraynaya 300 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayırıb.

“AzPolitika” xəbər verir ki, yardım paketinə 18 ədəd “Archer” artilleriya sistemi və 5 ədəd “Artur” radar sistemi aiddir.

İsveçin müdafiə naziri Pal Conson sosial media hesabında bildirib ki, ölkə daha əvvəl Kiyevə səkkiz “Archer” sistemi təhvil verib.

“Onlar (Archer sistemləri) Ukraynada dəyərlidirlər və cəbhə xəttində öz işlərini yaxşı yerinə yetirərək rus işğalçılarına ziyan vururlar”,-deyə o, qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol