Menu

Modi Zelenskiyə çağırış etdi - Hindistan Kiyevdən nə istəyir?

17.03.2025, 10:54
Modi Zelenskiyə çağırış etdi - Hindistan Kiyevdən nə istəyir?

İşğalçılıq müharibəsinə görə Qərbin sanksiyalarına məruz qalan Rusiyanı çətin vəziyyətdən çıxaran ikinci böyük ölkə olan Hindistan öz ikiüzlü siyasətini davam etdirir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modi Ukrayna lideri Volodimir Zelenskini Rusiya ilə birbaşa danışıqlara çağırıb: “Ukrayna müttəfiqləri ilə saysız-hesabsız müzakirələr apara bilər, lakin bu heç bir nəticə verməyəcək. Bunun əvəzinə hər iki tərəf müzakirələrdə iştirak etməlidir. Dünyada nə qədər insan sizi dəstəkləsə də, heç vaxt döyüş meydanında münaqişənin həlli mümkün olmayacaq. Həll yalnız həm Ukrayna, həm də Rusiya danışıqlar masası arxasına əyləşəndə gələcək”.

Onun sözlərinə görə, hazırkı vəziyyət “məzmunlu və məhsuldar danışıqlar üçün fürsət verir”.

Modi həmişəki kimi, müharibəni başlayan işğalçı dövlət barədə səsini çıxarmır və Kremlə müraciət etməkdənsə, işğala məruz qalan Ukraynaya çağırış edir.

Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa bu gün Hindistana səfər edəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol