Menu

Rusiyada "qara çərşənbə axşamı" gəldi

16.12.2014, 17:58
Rusiyada "qara çərşənbə axşamı" gəldi

Rusiya iqtisadiyyatı tarixində ikinci "qara çərşənbə axşamı"nı yaşayır. Moskva birjasında keçirilən hərraclar zamanı avronun məzənnəsi tarixində ilk dəfə olaraq 100 rubla, dollar isə 80 rubla çatıb.

Fins.az lenta.ru-ya istinadən xəbər verir ki, dekabrın 17-də Mərkəzi Bank tərəfindən avronun rəsmi məzənnəsi 61,15 rubl, dolların məzənnəsi isə 76,15 rubl müəyyən edilib. Rublun görünməmiş sürətlə ucuzlaşması Mərkəzi Bankın uçot dərəcəsini 17%-ə çatdırması və neftin ucuzlaşması fonunda davam edir. Bəzi banklar isə avronu 101 rubla, doları isə 81 rubla satmağa başlayıblar.

Hələlik Kreml avro vaə doların kəskin bahalaşmasını şərh etmir. Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina bildirib ki, bu, rublun kursunun zəifləməsi Rusiya iqtisadiyyatı üçün yeni şəraitə uyğunlaşmaq üçün siqnaldır.

Bir çox ekspertlərin fikirncə, uçot dərəcəsinin 17%-dək artırılması ağılsızlıqdır, çünki bu, yalnız qısamüddətli perspektivdə rublun ucuzlaşmasını ləngidəcək və bu zaman Rusiya iqtisadiyyatının inkişafı üçün şans qoymayacaq.

Rusiya Maliyyə Nazirliyinin sabiq rəhbəri Aleksey Kudrin və maliyyə ombudsmanı Pavel Medvedev isə Rusiyanın Mərkəzi Bankını dəstəkləyib.

Qeyd edək ki, Rusiya tarixində rublun belə kəskin zəifləməsi ilk dəfə 1994-cü ildin 11 oktyabrında baş vermişdi. Həmin gün Moskva birjasında dolların məzənnəsi 2833 rubldan 3926 rubla qalxmışdı. Həmin gün Rusiya Mərkəzi Bankının sədri və maliyyə naziri istefaya göndərilmişdi.

Rublun kəskin ucuzlaşması fonunda fond bazarının göstəricisi olan RTS indeksi 600-ə enib. Bu 2008-ci ildən indiyədək ən aşağı göstəricidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol