Menu

Putin Rusiyada qanunsuz yaşayan Ukrayna vətəndaşları ilə bağlı fərman imzalayıb

20.03.2025, 16:59
Putin Rusiyada qanunsuz yaşayan Ukrayna vətəndaşları ilə bağlı fərman imzalayıb

Rusiyada qanunsuz yaşayan Ukrayna vətəndaşlarına Rusiya Federasiyası ərazisini tərk etmək üçün sentyabrın 10-dək vaxt verilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bu gün fərman imzalayıb.

Prezident fərmanına əsasın, Rusiyada qanuni əsas olmadan olan Ukrayna vətəndaşları sentyabrın 10-dək ölkəni tərk etməli və ya hüquqi statuslarını qaydaya salmalıdırlar

Eyni zamanda Putinin fərmanına əsasən, Donbass, Xerson və Zaporojyedə (Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri-red) əcnəbilərdən iyunun 10-dək HİV-ə yoluxmadıqlarını və narkotikdən istifadə etmədiklərini təsdiq etmələri tələb olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol