Menu

Tramp “Boeing”ə altıncı nəsil F-47 qırıcısının hazırlanmasını tapşırıb

21.03.2025, 22:13
Tramp “Boeing”ə altıncı nəsil F-47 qırıcısının hazırlanmasını tapşırıb

ABŞ Prezidenti Donald Tramp amerikan aerokosmik korporasiyası “Boeing”ə NGAD (Next-Generation Air Dominance) proqramı çərçivəsində növbəti nəsil qırıcı təyyarənin hazırlanması üçün müqavilə təqdim edib.

“Report” xəbər verir ki, Amerika lideri müvafiq bəyanatı Ağ evin Oval kabinetində Pentaqon rəhbəri Pit Heqset ilə birlikdə jurnalistlər qarşısında çıxışı zamanı verib.

Trampın sözlərinə görə, qırıcı təyyarə F-47 adını alacaq. Prezident vurğulayıb ki, yeni qırıcının eksperimental modelinin sınaq uçuşları artıq beş ildir həyata keçirilir.

Mətbuatın qeyd etdiyi kimi, müqavilə uğrunda mübarizədə “Boeing”in rəqibi “Lockheed Martin” şirkəti olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol