Menu

Avropanın üç ölkəsi İrana sanksiyaların ləğvi ilə bağlı kömək edəcək

23.03.2025, 14:36
Avropanın üç ölkəsi İrana sanksiyaların ləğvi ilə bağlı kömək edəcək

Böyük Britaniya, Almaniya və Fransa Tehrana İran qarşı sanksiyalarının ləğvi məsələsində ABŞ-yə təsir göstərməyə söz veriblər.

“Report” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Xəbər-e Online”a müsahibəsində bildirib.

“Biz üç Avropa ölkəsi ilə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ilə eyni düstura gəlmək, həmçinin nüvə proqramına etimadı gücləndirmək və Qərb ölkələrinin sanksiyaları ləğv etmək üçün danışıqlar aparırıq. Bu sanksiyalar avropalıların yox, amerikalıların əlindədir. Avropalılar bu məsələdə amerikalılarla mübarizə aparacaqlarını deyirlər”, - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol