Menu

"Bitcoin"in qiyməti 87 min dolları ötüb - Kriptobirjada son durum

24.03.2025, 12:56
"Bitcoin"in qiyməti 87 min dolları ötüb - Kriptobirjada son durum

Martın 24-də kriptovalyuta birjalarında "Bitcoin" yenidən bahalaşıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən böyük kriptovalyutası "Bitcoin"in (BTC) qiyməti son 24 saat ərzində 3,41% artaraq 87 152 ABŞ dolları səviyyəsinə yüksəlib. 

Bitcoin 1.72 trilyon ABŞ dolları bazar dəyəri ilə liderliyini qoruyub. Paralel olaraq Ethereum (ETH) 3,25% bahalaşmaqla 2 076 ABŞ dollarına yüksəlib. İlk beşlikdəki digər kriptovalyutalardan Tether 0,01%, XRP 2,52%, BNB 0,05% bahalaşıb.

Kriptobazarın dinamikası göstərir ki, “Bitcoin” və ETH ümumi bazarda stabilliyi qoruyur, altkoinlər arasında isə kəskin eniş davam edir. Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol