Menu

“Ağ Evdə Ukraynanın ləyaqətini qoruyurdum” – Zelenski Tramp və Venslə mübahisəsindən danışdı

25.03.2025, 10:37
“Ağ Evdə Ukraynanın ləyaqətini qoruyurdum” – Zelenski Tramp və Venslə mübahisəsindən danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski ötən ay Oval kabinetdə keçirilən görüşdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident J.D.Venslə mübahisə edərkən Ukraynanın şərəfini müdafiə etdiyini bildirib.

“AzPolitika” xəbər verir ki, “Time" jurnalına müsahibəsində Zelenski Ağ Evdə Tramp və Venslə mübahisəsinə dair sualı cavablandırarkən, həmin vaxt Ukraynanın şərəfini qorumağa borclu olduğunu deyib: “Niyə ukraynalılar bu müharibənin əvvəlində özlərini müdafiə etdilər? Bu, ləyaqətdən irəli gəlirdi. Biz özümüzü hansısa fövqəldövlət hesab etmirik... Ləyaqət, azadlıq, demokratiya hisslərimizə gəlincə, xalqımız ayağa qalxır və birləşir... Həmin söhbətdə mən Ukraynanın ləyaqətini müdafiə etdim".

Prezident vurğulayıb ki, ukraynalılar “öz ləyaqətinə, azadlığına və demokratiyasına gəldikdə çox emosionaldırlar”.

“AzPolitika.info”

Şərhlər

Əliəddin 2025-03-25 15:19:35

EŞQ OLSUN LƏYAQƏTLİ, VİCDANLI İNSANLARA! EŞQ OLSUN ZELENSKİYƏ, ONUN TİMSALINDA BÜTÜN UKRAYNA XALQINA!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol