Menu

"Ermənistan və Azərbaycan sülh sazişi imzalayana qədər müharibə təhlükəsi qalacaq" - Rubinyan

26.03.2025, 17:29
"Ermənistan və Azərbaycan sülh sazişi imzalayana qədər müharibə təhlükəsi qalacaq" - Rubinyan

Müharibə təhlükəsi Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanana qədər qalmağa davam edəcək.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib.

"Müharibə təhlükəsi dünən var idi, sabah da olacaq. Lakin müharibə üçün səbəb və əsas yoxdur", - o qeyd edib.

Rubinyan vurğulayıb: "Biz sülhə doğru irəliləyirik".

"Sülh sazişinin mətni razılaşdırılıb və imzalanmağı gözləyir", - o əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol