Menu

"Girovlar geri qaytarılmasa, İsrail Qəzzanı alacaq" - Netanyahu

26.03.2025, 19:01
"Girovlar geri qaytarılmasa, İsrail Qəzzanı alacaq" - Netanyahu

İsrail Qəzza zolağında girovlar azad edilməyincə, HƏMAS hərəkatına təzyiq göstərməyə davam edəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Baş nazir qeyd edib ki, HƏMAS girovları azad etməzsə, Qəzza zolağında bir sıra ərazilər İsrailin nəzarətinə keçəcək.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edərək anklav ərazisinə kütləvi hava zərbələri endirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol