Menu

Böyük Britaniya ABŞ-dən F-35 qırıcıları alacaq

31.03.2025, 08:54
Böyük Britaniya ABŞ-dən F-35 qırıcıları alacaq

Böyük Britaniya Avropa müttəfiqlərinin Vaşinqtondan həddindən artıq müdafiə asılılığı ilə bağlı narahatlıqlarına baxmayaraq, əlavə olaraq ABŞ-dən F-35 qırıcıları alacaq.

APA xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.

London bundan əvvəl Kral Donanmasının iki təyyarədaşıyan gəmisi üçün 48 ədəd F-35B qırıcısı sifariş etmişdi. Onlardan 37-si artıq alınıb. Nəşrin məlumatına görə, Britaniya hakimiyyəti indi ölkənin hərbi büdcəsinin artması fonunda klassik F-35A-ların alınması imkanını nəzərdən keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol