Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyində təmsil olunan şəxslərin müflis etdiyi iş adamı İbrahim Zeynalov vəfat edib.
Bu barədə Teleqraf-a mərhumun yaxınları məlumat veriblər.
İ.Zeynalov Neftçala rayonunun Bankə qəsəbəsində yaşadığı vaqonda, 76 yaşında dünyasını dəyişib.
Keçmiş iş adamının xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, o, Prezident Administrasiyasının İşlər İdarəsinin nəzdində olan "Buzovna əkinçilik, heyvandarlıq və südçülük Sovxozu”nda uzun illər direktor işləyib. 2007-ci ildə Bakıda sintetik xalça fabriki açıb. Elə həmin ərəfədə MTN tərəfindən saxlanılıb, 8 milyon manat pulu hədə-qorxu yolu ilə ələ keçirilib.
Bundan sonra müflis olan İ.Zeynalov son illər Neftçala rayonundakı vaqonda yaşayırdı.


Şərhlər
bu rəhmətliyi MTN-ə ziyad səmədzadə vermişdi ki əlindən bütün vəsaitlər alınsın və ziyad səmədzadəyə devr edilsin. bu işdə MTN sadəcə sifarişi yerinə yetirib.
Allah rəhmət eləsin...kim sənə pislik edibsə Allah lənət etsin...
anarxiyadi
Qanunsuz qaydasız quldurlar ölkəsi
Rəhmətliyin o hala düşməsində "görkəmli ictimai-siyasi xadim, akademik", Milli Məclisin daimi deputatı, Ziyad Səmədzadənin böyük, əvəzolunmaz rolu olub. MTN-ə onu Ziyad tuşlayıb və nəticə etibarı ilə özünün deməyi, 8 milyonu əlindən alınıb, övladları, həyat yoldaşı, malı-mülkü son qəpiyinəcən tar-mar edilib, axırda da uzun illər vaqonda yaşayıb. 85 yaşlı, Ziyadda kefdə-damağda...