Menu

“Rusiya ordusu 1 həftədə 400-dən çox artilleriya sistemi itirib” - Baş Komandan

01.04.2025, 00:02
“Rusiya ordusu 1 həftədə 400-dən çox artilleriya sistemi itirib” - Baş Komandan

“Müdafiə qüvvələri son bir həftə ərzində Rusiya ordusunun 400-dən çox artilleriya sistemini, bu il isə 4 mindən çox belə qurğunu məhv edib”.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski “Telegram” hesabında yazıb.

“Dronların dəqiq zərbələri, əks-batareya döyüşü və Ukrayna Müdafiə Qüvvələrinin bütün komponentlərinin peşəkar işi sayəsində təkcə son bir həftədə (24.03-31.03) düşmənin artilleriya sistemlərində itkiləri 408 vahid təşkil edib”, - Sırski yazıb.

Bu yaxınlarda Sırski düşmənin maddi-texniki bazasının məhv edilməsinə yönəlmiş əməliyyat və Rusiya ordusunun Ukraynada avtomobil və xüsusi texnika itkiləri ilə bağlı rəqəmlər paylaşıb. O qeyd edib ki, 2025-ci ilin əvvəlindən müdafiə qüvvələri 10 minə yaxın belə texnikanı məhv edib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, 2024-cü ildə Rusiya işğalçı ordusunun 13 064 artilleriya sistemi məhv edilib. Həmçinin, ötən il 40 Rusiya təyyarəsi, 5 helikopter, 5 gəmi/qayıq, 3,691 tank, 1 ədəd müdafiə sistemi, 4490 əməliyyat-texniki raket PUA, 313 reaktiv yaylım atəş sistemini sıradan çıxarıb. Rusiya ordusunun şəxsi heyət itkiləri isə təxminən 430 320 nəfər təşkil edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol